Добавить в цитаты Настройки чтения

Страница 57 из 68

-Rüstəm, Bağışla məni!

Bax beləcə böyük çölün qəhrəman çariçası olan Təhmirənin keşməkeşli tarixçəsi və həyat yolu bitdi. Tarix həmişə onu xatırlayacaq və nəsildən-nəsildən ötürəcəkdir!

Ardıvar......

Kitabın içindəkilər

II Kir - (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuroş-e Bozorg), Midiyalı Kir (e.ə. 600 – e.ə. 530) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir..

II Kambiz - (qədim farsca. Камбӯджия; e.ə. 559[1] – e.ə. 522, Ekbatan, Həmədan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu.

I Dara - (E.ə. 549 - E.ə. 485, Əski Farsca:, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator. Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə qaynaqlarda דַּרְיָוֶשׁ (Daryaweş) Antik YunancadaΔαρεῖος(Darios),

Latınca və Romalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Dara apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır. I Dara e.ə. 522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub.Onun dövründə İran dünyanın ən güclü dövləti idi.Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi. Daranın hakimiyyəti altında səksənə yaxın xalq yaşayırdı.O,güclü mərkəzləşdirilmiş dövlət yaradıb ölkəni əyalətlərə - satraplıqlara bölmüşdü.Ona görə də Daraya şahlar şahı deyirdilər.

Təhmirə(Tomiris) - (İran dillərində - Tahmirih, Cəsur, Türkcə: Temir - "Dəmir"; e.ə. VI əsr – e.ə. VI əsr) — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Sakların şahzadəsi olan Tomris/Tomarisin adı da günümüzə qədər istifadə olunan qadın adıdır.Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550-530) ölümü bədii mövzu kimi antik müəlliflərin yaradıcılığında dərin iz buraxmış, əsrdən əsrə ötürülərək əfsanələşmişdir. E.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros, Strabon, Arrian, Polien, Diodor, Ammian Marsellin və digər yazarlar bu mövzuya müraciət etmiş, onlara məlum detallarla fərqli hekayələrin yaranmasına səbəb olmuşlar. II Kirin ölümü ilə nəticələnən hərbi əməliyyatlar haqqında rəsmi qaynağın yoxluğundan indiyə kimi antik müəlliflərin yazdıqları ilə kifayətlənməli oluruq. Bu həlledici döyüşün harada baş verdiyi ilə bağlı ən mötəbər mənbə məhz Herodotun “Tarix” əsəri hesab edilir. Kir müasir Azərbaycan respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü.

Krez - Lidiya çarı Krez (Lidiya b.e.ə. VII-VI əsrlərdə Ağ dəniz sahillərində, indiki Türkiyə Respublikasının ərazisində mövcud olmuş dövlətdirin çarı. .

Fanet – İran şahı I Daranın dövründə İran ordusunda yunan muzdluların sərkərdəsi.

Qobri - Qobri İran ordusunun ali-baş komandanı və I Daranın qaynı.

Mard – İran şahı II Kirin massagetlərin yanına göndərdiyi elçisi.

Hiştasp - Hiştasp Fars əyalətinin satrapı oldu və İran şahı I Daranın atası.Astiaq.

Pasarqad - Pasarqad (fars. پاسارگاد) - II Kirin dövründə Əhəmənilərin paytaxtı, daha çox II Kirin Persiadakı istirahət məkanı kimi tanınan şəhər. Müasir dövrdə arxeoloji abidə olan şəhər, İrandakı UNESCO Dünya Mədəni İrsi abidələrindən biridir.