Добавить в цитаты Настройки чтения

Страница 49 из 68

- Əlbətdəki yaxınlaşmaqda olan I Dara və onun buradakı sərkərədəsi Otanın ordusu! – deyə Axsitan cavab verdi.

- Bəs nə edək, planımız nədir? – deyə Alan hökmdarı Aşxadar soruşdu.

- Planımız belədir: Biz öncə I Daranın yanına elçi göndərərik qoy öz ordusu ilə Təhmirənin tərəfində vuruşan Tihra çarı Sakasefar. Skunha və onun xəyanətkar ordusunun qarşısını kəssin və qoymasın ki onlar massagetlərə kömək etsin. Otan isə cənub-qərbdə pusquda durub onları gözləsin. Aşxadar isə alanlarla bərabər sol və sağ cinahın üzərinə hücuma keçib onların başını qatsın. Onda biz isə mərkəzdə boş qalmış Təhmirənin və onun dəstəsinin üzərinə hücuma keçərik və bu zaman! – deyə Axsitan Kamankeş Arana baxdı....sən dövriyəyə girməlisən.

- Mən nə etməliyəm ki,? – deyə kamankeş Aran soruşdu.

- Sən və Qatal öz əsas oxatan dəstələrinizlə onları uzaq məsafədən vurub sıradan çıxarmalısınız. Aran isə öz zəhərli oxu ilə Təhmirəni sərrast atəşlə vurmalıdır! – deyə Axsitan cavab verdi.

- Bu mənim üçün böyük bir şərəf olardı və mən tanrılara təşəkkür edirəm ki, uzun illərdən sonra əzəmətli və qüdrətli Rüstəmin qisasını almağaı mənə nəsib etdi. Bu təklif yekdilliklə qəbul olunandan sonra həm I Daraya, həm də Otana bu barədə məlumat vermək üçün çapar göndərildi.

Namə Otana çatan zaman Otan Horavanq[178] məntəqəsi yaınlığında idi və oradakı dərədə düşərgəqurmuşdu. O, döyüşdən sonra əsir amazaonkaları soyundurub min cür işgəncə etməklə məşğulidi. Ayrıca olara əsir amazonkalar dindirilən zaman danışmayanaları İran sərbazları zorlayır və onların sinələrinə qızdırılmış dəmirlə döymə vururdular. İş o yerə çatmışdı ki İran xüsusi kəşfiyyat qrupunun üzüvləri amazonkaları dindirərkən onlar cavab vermədikdə onları əyilmiş vəziyətdə ağaca bağlayır və eşşəkləri onlara mindirirdilər. Bu ağır işgəncələrdən Massaget amazonkaları var-gücü ilə qışqırıb çığır-bağır salır və bəziləri də özündən gedib elə oradaca ölürdülər. Bu cür işgəncə metodu iranlılara xas deyildi, lakinbu üsul I Daranın əmri ilə vaxtı ilə massagetlər tərəfindən öldürülmüş İran şahı II Kirin və Arqavan döyüşüdündə qətl edilmiş minlərlə İran əsgrələrini qisasını almaq üçün tədbiq edilirdi. Bu üsulla onlar Massaget ordusunun əsas qüvvələrini təşkil edən “vəhşilər dəstəsi”nin inadını sarsıtmaq və gözünü qorxutmaq istəyirdilər. Bu səbəbdən də Otan işgəncədən sonra İran əsgərləri tərəfindən dəfələrlə zorlanmış vəsağ qalmış amazonkaları azad edirdi ki, qoy onlar gedib yaşadıqlarını özünkülərə danışsın və onların qəlbinə vahimə salsınlar. Çapar gəlib çatanda artıq bir amazaonka ağaca bağlanıb qırmaclanırdı və onun çığırtısı hər tərəfi bürümüşdü. Çapar atdan düşüb təzim etdi və sonra naməni Otana verdi. Naməni oxuyan Otan tez bir zamanda tədbirlər görməyə və o öz ordusu isə qərbə çəkilməyə başladı. Beləcə saxşam oldu və hamı öz dairəsinə çəkildi.

11.Döyüşün ikinci günü. Anca-Razi

Beləliklə səhər açıldı və hər iki ordu üz-üzə gəldi. Əvvəlcədən hazırlananplanlana əsasən Otan öz ordusu ilə biraz qərbə çəkilib pusqu qurdu və gözləmədə durdu .Qatalın komandanlığı altında olan Sarmat ordusu sol cinahdan, Kamankeş Aranın komandanlığı altındakı Savrormat ordusu sağ cinahdan, Aşxadarın komandanlığı altındakı Alan ordusu şərq tərəfdə pusqu qurmuşdu. Rudabənin komandanlığı altındakı Axsitan, Xurşid və Apşeronun rəhbərlik etdiyiTihra ordusu mərkəzdə dayanmışdı. I Dara isə öz çoxaylı ordusu ilə artıq Taliya dağlrını keçmiş və Qaqrena[179] məntəqəsinə çatmaqda idi. Bir müddətdən sonra təbil çalındı və bəşəriyətin ən qanlı döyüşlərindən biri başladı. Bir-birilərinə qohum olmalarına baxmayarq hər iki tərəf vəhşicəsinə hücuma keçdilər. Döyüş başlayan andan hər iki tərəfdən oxlar, nizələr və sapandlar atılır və tərəflərdən hər biri çalışırdı ki, digərlərinə daha çox zərbə endirsin. Biri-birinə girən hər iki ordu əsgərləri rəqibinə daha çox ziyan vurmaq üçün hər vasitəyə əl atırdı. Bir an içində başlar, əllər, ayaqlar kəsildi və qan hər yeri bürüdü. Həriki tərəfdə vuruşan amazonkalar o qədər azğınlamışdılar ki, hansı tərəfdə olduqlarını belə unutmuşdular. Aləm elə qarışmışdı ki, həm sarmatların, həm savromatları və həm də massagetlərin tərkibində vuruşan amazonkalar biri-biri ilə vuruşmağı kəsib gözlərinə başqa libasda görünən hər-hansı tərəfin əsgərlərini belə öldürməyə başlamışdılar. Döyüş qızışdıqca əsgərlər də nəzarətdən çıxmağa başlayırdılar. Elə olurdu ki, bəzən plandaolan qaydaları əsgərlər pozur və düşməni təqib-edə edə dərinə gedib muhasirəyə düşürdülər.

Təhmirə Söhrab, Vindand və digər tanınmış sərkərdələrin başçılığı altında Massaget qüvvələriniirəliyə göndərmişdi. Qoca Fərhad isə öz əmrində olan əsgərlərlə pusquda durmuşdular. Mərkəzdə isə Təhmirə və rəfqəsi Sodia Massaget amazonkalarının “vəhşi dəstə”si ilə vuruşurdu. Təhmirənin göstərişinə görə müttəfiqlərin massagetləri üstələdiyi bir vaxt Sakesafar vəSkunhaöz qoşunları ilə düşmənin arxasına keçib arxadan zərbə endirməli idilər. İndi massagetlər nə qədər mərdliklə vuruşsalar da Savromat, Sarmat və Alan ordusunun ağır suvariləri qarşısında tab gətirə bilmirdilər. Təhmirə özü bir neçə dəfə muhasirəyə düşdü, lakin Sodia tərəfindən qurtarıldı. Şahzadə vəziyyətin çətin olduğunu görəndə yardım şeypurunun çalınmasını əmr etdi və o çalındı. Bu səsi eşidən Sakesafar öz ordusu ilə arxaya keçmərək Otanın da dayandığı düşərgənin arxasına keçməyə müvəffəqoldu. O, buradan irəliləyərək farsların düşərgəsinə tətərf hərəkət etməyə başladı. Elə bu zaman Sakesafarın ordusu gözlənilmədən I Daranın artıq gəlib çatmış ordusu ilə qarşılaşdı. Hər tərəf dağ olduğuna görə Sakesafar və ordusu tələyə düşdü və İran ordusu onların çoxunu qırdılar və qalanını da əsir götürdülər. Vəziyyət getddikcə çətinləşirdi və Otanın ordusu qərbdən cənubdan hücuma keçərək massagetlərin sol cinahını parçaladı və onları qərbə tərəf qovmağa başladı. Qərbə qaçan Massaget ordusunun başında Vindad dururdu. O, yenidən şərqə manever edib düşmənin arxasına keçmək və şimaldan ona hücum etmək istəyirdi. Lakin onlar gözlənilmədən pusquda durmuş Alan ordusunun tələsinə düşdülər. Qanlı döyüş başladı və döyüşkən alanlar qısa müddətdə Vindadın ordusunu tamailə qılıcdan keçirdilər və özünü isə tutub amanistəməsinə ramən başını bədənindən ayırıb Aşxadara verdilər. Vindadın ordusundan ayrılmış azca sayda Massaget dəstəsi gəlib Təhmirəyə qoşuldular. Vindanın ölüm xəbərini eşidən kimi Təhmirə Söhraın başçılığı ilə Aors və Sirak tayfalarının hərbi dəstələrini göndərdilər. Lakin əks hücuma keçən Qatal onları tələyə salıb demək olar ki, hamısını qırdı və Sirak tayfa başçısı Spadinin və Aors tayfa başçısı Apeakın başını bədənindən ayırdı. Söhrab çox güclü sərkərdə idi və Qatal ona güc gələ bilmirdi, lakin Sarmat əsgərlərinin atdığı bir neçə ox Söhrabı ləngitdi və o taqətdən düşdü. Qatal özü təkbətək döyüşdə Söhrabı qılıncı ilə vurub ağır yaraladı. Zərbədən Söhrabın qan bürüdü və o öz yarasını bir əli ilə tutub qanı dayandırmağa çalışarkən üzünü Qatala tutub dedi:

- Heç olmasa şahzadəyə rəhm edin!

- O mənm atam Rüstəmə və anam Amaqaya rəhm etdimi?

- Əlbəttdə yox! – deyib növbəti zərbə ilə Söhrabı iki yerdə bölüb başını bədənindən ayırdı.

12.Massagetlərin məğlubiyyəti və Təmirənin yaralanması.

Döyüş get-gedə qızışırdı və Təhmirə və Sodia öz “vəhşilər dəstəsi” ilə mərkəzdən vuruşa-vuruşa irəliyə hərəkət edirdi. O, arxanı qorumaq üçün Yazi tayfasının başçısı Bundaspı onun dəstəsi ilə göndərdi. Lakin Bundasp manevr edəndə geri qayıdan I Daranın sərkərdəsi Otan tərəfindən muhasirəyə salındı. Baş verən qanlı döyüşdə Yazi əsgərlərinin çoxu qırıldı və qalanları isə təslim oldu. Bundasp özü şəxsən I Daranın hüzurana gəlib qılıncı yerə qoyub onun ətəyini öpdü. Tək qalan massagetlər rəqibin qarşısında artıq tab gətirə bilmirdilər, lakin yenə də mərdliklə vuruşurdular. Təhmirənin nərəsi iləhücuma keçən mssagetlər düşməni bir az püsgürdə bildilər. Lakin Rudabənin əmri ilə başda aran olmaqla onlar ox yağışına tutuldular. Aşxen öz sərrast oxu ilə Sodianı yaraladı və o üzünü Təhmirəyə tutub dedi: