Аннотация
Elmi rəyçi: Şöhrət Mirzə oğlu İbadov,
Tarix üzrə fəlsəfə doktoru
Elmi redaktor: Fuad Nurullah,
Qafqaz Müsəlmanları İdarəsi sədrinin
müavini, fəlsəfə üzrə fəlsəfə doktoru
Məsləhətçi: Samid Quliyev,
Ilahiyyatçı-alim, AJB-in üzvü
Redaktor: Yalçın Yəhya oğlu Heydərli,
Filoloq
Aqşin Böyükağa oğlu Əliyev
Lerik tarixi – memarlıq və arxeoloji abidələri.,
Bakı, “Ecoprint”, 2023,252 səh.
Lerik rayonunun abidələrini əhatə edən və bu sahədə işıq
üzü görən ilk kitabdır.Oxucuların xahişi ilə əlavələr edilməklə
təkrar nəşr olunur.Kitab elmi-inoformativ,fakt və məlumatların
zənginliyi,məzmununun mükəmməlliyi baxımından diqqət çəkir.
Burada ictimai-siyasi həyatımızın,o cümlədən Lerik rayonunun
tarixini,etnoqrafiyasını,arxeoloji və memarlıq abidələrini –
mağaraları,yaşayış yerlərini, qalaları,kurqanları,nekropolları,
qədim qəbiristanlıqları,məscidləri,hüseyniyyələri,ziyarəthagları,
məqbərələri, pirləri, ocaqları,dəyirmanları və bulaqları əks etdirən,
Lerik rayonu haqqında ümumi ensiklopedik məlumatlar və
abidələrin fotoşəkilləri verilir.Kitab elmi-tədqiqat xarakteri
daşıyır və geniş oxucu kütləsi və elmi-tədqiqat işi aparanlar və
araşdırmalar üçün nəzərdə tutulmuşdur.
Отзывы
Иван Иванов 44
4 декабря
Прекрасная книга! Автор настоящий патриот и любитель истории