Добавить в цитаты Настройки чтения

Страница 26 из 83

Zəngəzur qəza rəisinin nümayəndəsi C.Sultanov çıxışında demişdir ki, doktor Paroyans xəstəxananı öz avadanlığı ilə birlikdə Zəngilandan erməni rayonlarına aparmışdır. Buna görə azərbaycanlılar tibbi xidmətdən məhrum olmuşlar.

Doktor K.Mehmandarov bildirmişdir ki, Azərbaycan xalqının tibbi xidmətə daha böyük ehtiyacı var. Buna görə də Şuşada nəinki mahal xəstəxanası, həm də feldşer-mama kursu təşkil etmək lazımdır. Burada hazırlanan feldşer-mamalar Qarabağın bütün qəzaları üçün lazım olacaqdır. O, əlavə olaraq demişdi ki, Zəngəzur qəzasında geniş şəbəkəli tibbi məntəqələr açmaq lazımdır.

Bu müşavirədə çıxış edən Sosial-Təminat Nazirliyinin nümayəndəsi və doktor Ağayev də general-qubernator X.B.Sultanovun təklifini müdafiə etmişdilər. Yekunda belə qərara gəlinmişdi ki, vilayət xəstəxanası üçün ayrılmış 100 çarpayıdan 30-u Şuşaya, qalanı Ağdama və Zəngəzur qəzasına verilsin. Qəzada olan köçəri maldarlara tibbi xidmət göstərilməsi də nəzərə alınmışdır (11, v.19-20).

17 fevral 1919-cu ildə general-qubernator X.B.Sultanov Şuşaya gələn ingilis missiyasının kapitanı Seraylini qəbul etmiş və bu münasibətlə əvvəlki tərkibdə geniş müşavirə çağırmışdır.General-qubernator aşağıdakı məsələləri müzakirəyə vermişdir:Böyük Britaniya təminatının 4-cü maddəsinə uyğun olaraq general Andranikin dəstəsinin tərk-silah edilməsi və Qarabağdan çıxarılması; Həmin təminatın 1-ci maddəsinə əsasən qaçqınların öz əvvəlki yerlərinə qaytarılması; Ağdam, Şuşa və Qaryagin yollarının gediş-gəliş üçün açılması; Mayor Qibbonun tələbi ilə ona xəzinədən pul ayrılması.

Birinci məsələ ilə əlaqədar olaraq ingilis missiyası işə başlamış və bu məqsədlə öz nümayəndəsini Gorusa göndərmişdir.

İkinci məsələ ilə bağlı aşağıdakı qərar qəbul edilmişdir: Qaçqınların hamısı bir yerdə cəmləşdirilsin. Ona görə ki, Qaçqınların çoxu yatalaq xəstəliyinə tutulmuşdur; Qış olduğundan binaların çoxu yaşamaq üçün yararsızdır; Həm də qaçqınları öz əvvəlki yerlərinə çatdırmaq üçün yollar boyunca ərzaq məntəqələri təşkil etmək lazımdır.

Üçüncü məsələyə gəlincə Ağdam, Şuşa və Qaryagin yollarının açılmasını ingilis missiyası öz üzərinə götürürdür.

Dördüncü məsələyə gəldikdə Xosrov bəy Sultanov təklif etmişdir ki, bu tələb Azərbaycan hökuməti xəzinəyə pul köçürüldükdən sonra yerinə yetirilə bilər.

1919-cu il fevralın 25-də X.B.Sultanovun yanında keçirilmiş müşavirənin protokolundan aydın olur ki, general-qubernator vurğulamışdır ki, milli məsələdə xüsusi incəlik, səbr və sayıqlıq göstərmək lazımdır. Bu yolla dövlətin nüfuzunu qaldırmaq və digər məsələləri də həll etmək olar. Bu müşavirədə Şuşa şəhər məktəbinin müfəttişləri və şəhər ermənilərinin nümayəndələri də iştirak edirdilər. Müşavirədə çıxış edən ermənilər bildirmişlər ki, daşnak terrorçuları onları qorxudur və xüsusi göstərişlər verirlər. Belə olduqda X.B.Sultanov İngilis nümayəndələrinin iştirakı ilə yığıncaq çağırıb onlardan xahiş etmişdi ki, vəziyyəti olduğu kimi Tomsona çatdırsınlar. X.B.Sultanov ingilislərlə birlikdə şəhərdəki müəssisə və idarələrin vəziyyəti ilə tanış olmuşdur. Tomsonun göstərişi ilə mayor Mak-Mezonun göndərdiyi iki nümayəndə Şuşadakı vəziyyətlə tanış olub, X.B.Sultanovun fəaliyyətindən razı qalmışlar. İngilislər X.B.Sultanova təklif edirlər ki, milli məsələni dinc yolla nizama salmaq üçün, o, Şuşa şəhərinin başçısı Şahnəzərovu və Vərəndə baş komandanı Məlik Sokrat bəyi qəbul etsin. Lakin adları çəkilən bu iki şəxs general-qubernatorun hüzuruna gəlməmişlər. Çünki onlar özlərini Rusiyanın təbəəsi sayırdılar. Onların bu hərəkəti ingilislərin narazılığına səbəb olmuşdur. Belə olduqda X.B.Sultanov ingilislərə bildirmişdir ki, ermənilər Qafqazda rus monarxiyasının dayaqlarıdır. Rusiyanın məqsədi Qafqaz vasitəsi ilə Hindistana yol açmaqdan ibarət idi. Təbii ki, bu niyyət ingilislərin mənafeyinə toxunurdu. X.B.Sultanov ingilislərdən xahiş etmişdir ki, erməni-azərbaycan münaqişəsini nizama salmaq üçün birlikdə müzakirə aparsınlar. Buna cavab olaraq ingilislər belə bir təklif irəli sürmüşlər ki, X.B.Sultanov bölgənin general-qubernatorudur. Onun müavini isə hökumət tərəfindən təyin olunur.

Lakin Ermənistan Milli şurası bu təklifə qəti etiraz etdi. Bundan sonra X.B.Sultanov ingilis mayoruna bildirmişdir ki, ermənilər sülh istəmir və Qarabağı Azərbaycanın tərkibindən ayırmaq və Zəngəzuru da zəbt etmək niyyətindədirlər. Buna görə də ermənilər daima Azərbaycan tərəfinin təkliflərini öz təklifləri ilə əvəz edirlər.



X.B.Sultanov ingilislərə bunu da demişdi ki, Qarabağ məsələsi diplomatik yolla nizama salınsa, general Andranikin məsələsi də həll olunur və onun dəstəsi qısa müddətdə Qarabağın ərazisini tərk edə bilər. Bundan sonra isə Türkiyədən olan erməni qaçqınlarının məsələsini həll etmək olar (12, v. 8-9).

X.B.Sultanovun Azərbaycan hökumətinin Daxili İşlər Nazirliyinə məktubundan aydın olur ki, Şuşaya gəldiyi ilk günlərdən başlayaraq o, bölgədə məsələləri obyektiv və yerində həll etmək üçün qəza rəislərinin, şəhər ictimai xadimlərinin və ingilis missiyasının iştirakı ilə müşavirələr keçirmişdir. Bu müşavirələrin sənədlərini təhlil edərkən məlum olur ki, general-qubernator erməni-azərbaycan münaqişəsini dinc yolla həll etməyə çalışır. Təsadüfi deyildir ki, o, keçirdiyi müşavirələrə erməni tərəfinin nümayəndələrini və ingilis missiyasının üzvülərini dəvət edirmiş.

Göstərmək lazımdı ki, Qarabağı Azərbaycandan ayırmaq istəyən və daima azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən Erməni Milli Şurasının rəhbərləri bu müşavirələrə gəlməmiş, hətta həyasızcasına Azərbaycan dövlət hakimiyyətini tanımadıqlarını bəyan etmişlər.

Çoxsaylı arxiv sənədləri və bir sıra tədqiqatçıların (T.Svyataxovski) araşdırmaları sübut edir ki, ADR hökuməti tərəfindən Zəngəzur qəzasını da əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun ona başçı təyin olunması Ermənistanı xeyli təşvişə salmış və onun diplomatik-hərbi fəallığını artırmışdır. R.Hova

Azərbaycan hökuməti təbii ki, ölkənin ərazi bütövlüyünün və suveren hüquqlarının pozulmasına yol verməzdi və qonşu dövlətin onun daxili işlərinə qarışması cəhdləri ilə barışa bilməzdi. Buna görə də ADR-in xarici işlər nazirinin vəzifəsini icra edən Adil xan Ziyadxanov Ermənistan hökumətinə cavab notalarında bir daha Qarabağın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olduğunu xatırlatmışdır (15, s.160). Ermənistanın etirazını onun suverenliyinə qəsd kimi qiymətləndirən Azərbaycan hökuməti qətiyyətlə bildirmişdir ki, özünün ərazi toxunulmamazlığını hər vasitə ilə müdafiə edəcəkdir. Bununla yanaşı, Azərbaycan hökuməti bütün münaqişələri sülh yolu ilə həll etməyə hazır olduğunu bildirmişdir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Azerbaydcan qaz.... (na russkom əzıke), N 12, 1919.

2. Musayev İ.R. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921). Bakı, Universitetin nəşriyyatı, 328, s113

3.Yenə orada, s.114