Добавить в цитаты Настройки чтения

Страница 29 из 83



Real tarixi faktlara əsaslanan Y.Sarınay yazır ki, əslinə qalsa, almanların və müttəfiqlərinin (Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan) tərəfdarıyam. İstanbuldan Anadoluya doğru səfərə başladım. Bu arada qulaqlarıma amerikalıların «zavallı ermənilərin» türk əfəndiləri tərəfindən öldürüldüyü və soyqırımı söz-söhbətləri çatırdı. Uzun illər Yaxın Şərqdə yaşadığım üçün ermənilərin özlərini Tanrının ən sevimli bəndələri kimi təqdim etmələrini heç vaxt qəbul etməmişəm. Ancaq bunun məsələyə dəxli yoxdur, türklərin öldürdükləri insanlar haqqında gerçəkliyi öyrənməyə qərar vermişdim. Türkiyənin hər yerində aclıq, səfalət, ehtiyac baş alıb gedirdi. Ancaq heç bir soyqırımı və kütləvi şəkildə öldürmə halları yox idi. Müharibənin əvvəlində Osmanlı imperatorluğunun erməniləri Şimal ərazilərindən cənuba daşınmasının səbəbini öyrəndim və türk hökumətinin məcburi səbəblər üzündən bunu yerinə yetirdiyini başa düşdüm. Yerli müsəlman əhaliyə nifrət hissi daşıyan və istila ordusu ilə birləşib yerli planlar hazırlayan, yeni zamanda rusların gəlməsini gözləyən ermənilərin Ərzurumdan çıxarılması həm gərəkli, həm də əhəmiyyətli bir addım idi. 1916-cı ilin fevralında Ərzurum rusların əlinə keçərkən hələ Rusiyadan yaxşı tanıdığım bir erməni mənə dedi ki, əgər ermənilər Ərzurumdan əvvəlcədən çıxarılmasaydılar, biz bunlara çoxdan sahib olmuşduq.

Türkiyə kimi bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görülsə, bunu normal qarşılamaq lazımdır. Ermənilərin türk əsarəti altında yaşadıqlarını və davamlı olaraq təzyiq gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını söyləyirəm. Əslində, o dövrdə ermənilərdən dəfələrlə pis yaşayan və əsarət altında əziyyət çəkən xalqlar var idi. Məsələn, rusların təzyiqi altında əzilən azərbaycanlılar, belçikalıların əzab-əziyyətinə qatlaşan Konqo zənciləri, Fransanın işgüzar və talan etdiyi qvineyalılar ermənilərdən daha pis vəziyyətdə idilər. Bu xalqlar ermənilərin özləri haqqında yalandan iddia etdiklərini həqiqətən yaşamışlar, onlar ermənilərdən daha çox itki verdilər.

Zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Mən məhz osmanlıda ermənilərə qarşı xoş münasibətlərin şahidi oldum.Ermənilər öz dinlərini yaşadıblar, dillərində danışırlar, məktəbləri olub,bir sözlə, hər bir xalqa lazım olan hər cür şəraitdə təmin olunublar. Köç məsələsinə gəlincə,qeyd edim ki, Türkiyənin o zaman yaşadığı ağır şəraitlərə, yəni üç güclü düşmən tərəfindən hücuma məruz qalmasını nəzərə alsaq, demək olar ki, bu köçə bundan artıq yardım göstərmək olmazdı.

Problemi araşdıran tədqiqatçı kimi bunu da deməliyəm ki, problemlə bağlı ermənilərin əsassız olaraq köç iddialarına və bununla ilgili məsələlərə də aydınlıq gətirməyi zəruri hesab edirəm. Köç məsələsinə gəldikdə qeyd etmək lazımdır ki,Türkiyənin həmin zaman kəsiyində yaşadığı ağır şərtlərə yəni üç güclü düşmən tərəfindən hücuma məruz qalmasını nəzərə alsaq, demək olar ki, bu köçə bundan artıq yardım göstərmək olmaz. Buna baxmayaraq, onların Anadoluda qatarda Konyaya,öküz arabalarında Toros dağlarına getdiklərini, Tarsus və Adanada çadır düşərgələrində görmüşəm. Bundan başqa, Hələbdə, Deur-əl-Zor və başqa yerlərdə onlarla rastlaşmışam, Hələbdə bir hotel sahibi olan erməni tanışımla dəfələrlə türklər barədə söhbətimiz olub. O, heç vaxt türklər haqqında pis danışmayıb. Mən bir gün Camal Paşa ilə görüşəsi idim. Həmin erməni tanışımla bu barədə danışdım. O, Camal Paşa haqqında yumşaq və səmimi danışdı.” (91,s.3) . (“Azərbaycan”qəzeti,24 aprel 2007).

Mən hadisələri gözü ilə görən bir şahid kimi erməni köçünü müşahidə edən türk candarma birliklərinin ermənilərə qarşı soyqırımı həyata keçirdiyi iddiasına qətiyyətlə qarşı çıxıram. Gələcəkdə fərqli yerlərdə erməni mövzusuna bir də qayıdacağam, eynən indiki kimi tərəfsiz olacağam. Daha sonra məlum oldu ki, isveçli minbaşı Hyalmar Praviz sonralar daha böyük, geniş həcmli məqalələr yazmış, dünyanın bir neçə kitabxanalarında 1918-ci ilin oktyabrında Stokholmda çap olunan «Fran Persien, Stiltye Osh Storm» kitabının 215-222-ci səhifələrində eyni mövzuya toxunmuşdur. Müəllif haqlı olaraq yazır ki, Türkiyə kimi bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görülsə, bunu normal qarşılımaq lazımdır. Ermənilərin türk əsaərəti altında yaşadıqlarını və davamlı olaraq təzyiq gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını söyləyirəm. Əslində, o dövrdə ermənilərdən dəfələrlə pis yaşayan və əsarət altında əziyyət çəkən xalqlar var idi.

Reallıqlar sübut edir ki, zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Araşdırmaların nəticələri göstərdi ki, ermənilərə qarşı həmişə xoş münasibət olmuş, məhz bu səbəbdən onlar indiyə kimi dinlərini yaşadıblar, dillərində danışırlar, məktəbləri olub, bir sözlə, hər bir xalqa lazım olan hər cür şəraitlə təmin olunublar.



Həcər Verdiyeva

Erməni terroru kürdlərə qarşı

“Erməni məsələsinin” həlli məqsədilə, hakimiyyət nümayəndələrinə qarşı silahlı çıxışların təşkilinə meylini heç vaxt gizlətməmiş “Daşnaksutyün” partiyası Osmanlı imperiyasında bir sıra uğursuz cəhdə əl atdıqdan sonra XIX əsrin sonunda bütün diqqətini Qafqaza yönəltdi. Rusiya imperiyası erməni-qriqorian kilsəsinin əmlakı üzərinə sekvestr qoyduqdan sonra, XX əsrin əvvəllərində daşnaklar artıq Rusiya hökumət nümayəndələrinin, xüsusilə Qafqaz administrasiyasının yüksək vəzifə sahiblərinə qarşı çıxmağa başladılar. Bunun nəticəsində Birinci rus inqilabı ərəfəsində erməni terror dalğası öz pik nöqtəsinə çataraq, Cənubi Qafqazı da keçdi. Bu zaman erməni şovinist dairələri öz çirkin planlarının həyata keçirilməsi üçün xüsusi yaraqlı dəstələr yaradırdılar. Bu dəstələr “Daşnaksutyün” partiyasının I qurultayının 1892-ci ildə qəbul etdiyi qərardan sonra formalaşmağa başladı. Döyüşçü dəstələrin maliyyələşdirilməsi üçün daşnaklar xüsusi maliyyə büdcəsi yaratdılar. Burada həm “Daşnaksutyün” üzvlərinin partiyaya üzvlük haqqı, həm də erməni lobbisinin imkanlı nümayəndələrinin ianələri toplanılırdı. Bakının “qara qızılı” hesabına Rusiya imperiyasının ən varlı sahibkarlarından birinə çevrilən А.Mantaşev daşnakların maliyyələşdirilməsində böyük rol oynayırdı. Arxiv sənədləri göstərir ki, erməni ideoloqlarının heç bir izahı və əsası olmayan iddialarının həyata keçirilməsi üçün maliyyə mənbəyi rolunu öz üzərinə götürən “Erməni milli bankı”nın əsasını 1902-ci ildə Londonda məhz A.Mantaşev qoymuşdu(2, 38arxa).

Daşnak terroru Birinci rus inqilabından sonra da bütün Rusiya ərazisi boyunca həyata keçirilirdi. Təkcə 1907-ci ildə xüsusi məktəblərdə hazırlanmış “Daşnaksutyün” döyüşçüləri tərəfindən 3.060 terror aktı həyata keçirilmişdi. Belə məktəblərdən biri də Bolqarıstanda, Ril monastırında yerləşirdi (8, 42-43). Elə həmin ildə daşnaklar imperator II Nikolaya və imperiyanın hökumət başçısı P.A. Stolıpinə qarşı sui-qəsd hazırlamışdılar. “Daşnaksutyün” partiyasının bu niyyətini onun malik olduğu real qüvvə - sayı 100.000-dək olan - zinvorlar (döyüşçülər) ordusuna sahib olması faktı da izah edə bilər(8, 33). Qeyd etmək lazımdır ki, Birinci rus inqilabı illərində, bu hərbi qüvvənin saxlanması üçün daşnaklar çar əskinasları ilə 10 milyon rubla qədər maliyyə vəsait xərcləmişdilər (8,34).

Mühafizə bölməsinin agentura məlumatlarına əsasən Birinci dünya müharibəsi ərəfəsində “Daşnaksutyün” partiyası çox aktiv şəkildə silahlanmağa davam edir, hətta ABŞ-dan da silah alırdı. Erməni ekstremistləri tərəfindən alınan silahlar Qafqaza müxtəlif marşrutlar üzrə və əsasən Qara dəniz limanlarından gətirilirdi. Bu faktlar, erməni millətçilərinin inqilabdan sonrakı dövrdə hökumət əleyhinə çıxışlara və zorakı aksiyalara çox fəal şəkildə hazırlıq görmələrindən xəbər verir. Onların bu fəaliyyətinin tərkib hissəsi isə Birinci dünya müharibəsi dövründə eybəcər bir forma almış erməni terroru idi.