Добавить в цитаты Настройки чтения

Страница 42 из 48



- 10 noyabr Bəya

- Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi bazası yenilənməlidir. Azərbaycan BMT TŞ-nın 4 qətnaməsini təkbaşına icra etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutaraq fərdi qaydada həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu. BMT TŞ-da 10 noyabr Bəyanatının müddəalarına uyğun yeni qətnamə qəbul edilməli və onun bazasında ATƏT-in Minsk Qrupu yeni sülh müqaviləsi hazırlamalıdır. Bundan əlavə, Azərbaycanın öz daxili qanunvericiliyində bir sıra dəyişikliklər olmalıdır. Bu xüsusən də konseptual sənədlərimizlə (Milli Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina və s.) daha sıx bağlıdır.

- İran İslam Respublikası ilə dövlət sərhəddimizin 132 km-lik hissəsi işğaldan azad edilib və orada sərhəd zastavaları qurulub. Uzun müddət həmin istiqamətdə transmilli cinayətkarlığın bəzi təzahürləri geniş inkişaf etmiş və kriminal işbirliyi formasında həyata keçirilmişdir. Artıq həmin ərazilər öz həqiqi sahibinin nəzarətindədir.

- Dəhlizlərin mübadiləsi ideyası gerçəkləşəcək. Bu, Azərbaycanla Naxçıvan, Ermənistanla Xankəndi arasında birbaşa quru yolunun olması deməkdir. Ermənistana yalnız Laçın dəhlizi vasitəsilə və qarşıdan gələn 3 il ərzində o istiqamət üzrə inşası nəzərdə tutulan yolla Azərbaycana daxil olmağa icazə verildiyi halda, Azərbaycana isə həm Laçın, həm də ölkəmizin digər qərb rayonları vasitəsilə Naxçıvana çıxış imkanı verilir. Şübhəsiz, Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiya və Çin Xalq Respublikasına kimi nəhəng türk zolağı uzanacaq. Bu ideyanın müəllifi Pol Qobl 1992-ci ilin iyununda hazırladığı sülh planına belə bir müddəa daxil etmişdir. Strateji əhəmiyyətə malik olan bu plana 1992-ci ilin yayında (o zaman Azərbaycan Şuşanı və Laçını itirmişdi) Azərbaycan, Ermənistan, İran, hətta Rusiya mənfi münasibət bildirmişdir. Qeyd edilən plan ABŞ və Türkiyənin maraqlarına cavab verirdi. P.Qoblın bu planına əsasən, o vaxt “Penzoyl” neft şirkətinə yaxın olan ABŞ prezidenti ata Buş Azərbaycan neftini məhz həmin dəhlizlə keçirməklə İranın Ermənistana çıxışını əngəlləməyə, Ermənistanı bu layihəyə qoşmağa və Rusiyanın təsirindən xilas etməyə çalışıb. Türkiyəyə isə bayaq dediyimiz üstünlük veriləcəkdi.

- İşğaldan azad edilmiş ərazilər qeyri-qanuni iqtisadi fəaliyyətlərdən, cinayətkar qruplaşmalardan (terrorçulara orada təlim düşərgələrinin salınması, narkotiklərin becərilməsi və trafiki, Rusiyadan 1992-1996-cı illərdə qanunsuz yolla gətirilmiş 1 milyard dollar dəyərində silahların işğal altında olan ərazilərdə gizlədilməsi və s.) və məskunlaşmalardan (Suriya, Livan və s. Yaxın Şərq ölkələrindən erməni və kürd ailələrini burada yerləşdirməklə həmin əraziləri erməniləşdirmək və kürdləşdirmək) azad edilərək Azərbaycana qaytarılır. Həmin ərazilərin təbii ehtiyatlarının istismarından, yaxın gələcəkdə isə azad edilmiş ərazilərimizin rekreasiya potensialından ökəmizin və xalqımızın rifahı üçün istifadə ediləcək və Ermənistan son 27 il ərzində ölkəmizə vurduğu ziyanı ödəməli olacaq. Bu günlərdə Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan deyib ki, “biz bu razılaşma ilə təkcə əraziləri vermədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq. Hazırda bu istiqamətdə Azərbaycanda ciddi işlər görülür. Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb. Təzminatın məbləğinin artacağı istisna edilmir.

- Düşüncə psixologiyasının dəyişməsi (məğlub ölkədən qalib millətə çevrilmək). 44 günlük müharibə Azərbaycan xalqının qürurunu, mənliyini və şərəfini özünə qaytardı. Xalqımızım və ordumuzun milli vətənpərvərlik ruhu və mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Müasir döyüş sirlərinə dərindən bələd olan, döyüş meydanında intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan Ordusu haqqında stereotip formalaşmaqdadır. Apardığı peşəkar əməliyyatlarla dünya qərargahlarını şoka salan Müzəffər Azərbaycan Ordusunun beynəlxalq reytinqdə irəliləyəcəyi heç şübhə doğurmur. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək və BÜTÜN DÜNYA YENİ AZƏRBAYCANLA HESABLAŞMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQ. Artıq Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət və səmimiyyətdən asılı olacaq.

44 günlük müharibənin erməni milli şüurunda radikal dəyişikliyə yol açacağı inkar edilmir. Onlar üçün qonşulara ərazi iddiaları irəli sürüb kimlərinsə çirkin geosiyasi planlarnın alətinə çevrilməkdənsə, normal və müstəqil dövlət kimi öz maraqlarını təmin etmək məqsədilə ətraf ölkələrlə etibarlı və qarşılıqlı mənfəətə söykənən əməkdaşlıq yolu seçmək daha perspektivlidir. Nə Soros, nə də hansısa tarixi müttəfiq balaca Ermənistanı triumf ölkəyə çevirmək iqtidarında deyil. MİATSUM, BÖYÜK ERMƏNİSTAN, TSEXAKRON, ARMENİZM kimi millətçi-faşıst ideologiyalar Ermənistana yol göstərmək iqtidarında deyil. Artıq onun GÜCLÜ AZƏRBAYCANA və QÜDRƏTLİ TÜRKİYƏYƏ qarşı oynamaq halı qalmayıb. Bu iki nəhəng məngənə arasında köhnə düşüncə tərziylə yaşamaq qeyri-mümkün və potensial özünəqəsd siyasətidir. Ərköyün, təxribatçı və forpost Ermənistandan, müstəqil, sağlam, etibarlı və tərəfdaş ölkəyə çevrilmək zamanıdır. Ermənistanın qurtuluşu özünütəcriddən birgəyaşayışa və inteqrasiyaya, özünümüstəsnalıqdan tolerantlığa keçiddən asılı olacaq.

Ədəbiyyat



1.Rasizade, Alec (18 January 2011). "Azerbaijan's Chances in the Karabakh Conflict". Harvard International Review. 16 April 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2016. The victorious Armenian side is quite content with the status quo in Karabakh where it had achieved all strategic goals prior to the 1994 armistice.

2.Rieff, David (1997). "Case Study in Ethnic Strife". Council on Foreign Relations. The Dashnaks, of course, are the ones who did the heavy lifting on the ground. Their men, including a substantial number of volunteers from the diaspora, did a great deal of the fighting and dying before the cease-fire.

3.Taarnby, 2008. səh. 6

. 4."Qarabağ müharibəsində nə qədər şəhid vermişik? – Foto". oxu.az. oxu.az. İstifadə tarixi: 4 iyun 2018.

5. "Qarabağ müharibəsində ən çox hansı rayon itki verib?". musavat.com. musavat.com. İstifadə tarixi: 4 iyun 2018.

6.""Qara bağ": SSRİ dağılmağa nədən başladı". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.

7. "Haqqını halal elə, hocam!". www.azadliq.info. www.azadliq.info. 21 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.